Vətəndaş Həmrəyliyi Partiyasının 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi üzrə namizədi, VHP Abşeron rayon təşkilatı sədrinin müavini Könül İsayevanın namizədliyi DSK tərəfindən təsdiq edilib və namizədimiz imza toplama kampaniyasına başlayıb.
Könul Xandadaş qızı İsayeva 1975-ci ildə Şamaxı rayonu (indiki Qobustan) Çuxanlı kəndində anadan olub. Qobustan rayonu, Təklə kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Uzun müddətdir dövrü mətbuatda çalışır. “Aktual”, “Avrasiya” qəzetlərində çalışıb, “Millətin tribunası” qəzetində təsisçisi və HəmləMedia. az saytinin baş redaktorudur. 2018-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü və 2023-cü ildən Abşeron rayon təşkilatı sədr müavinidir.
Evlidir, 1 övladı var.