Poznandan olan Polşa dövlət şirkəti İrana "Şahed 136" döyüş dronları üçün detallar satıb.
Faktı Polşa daxili təhlükəsizlik agentliyi aşkarlayıb.
Məlumata görə, İranın pilotsuz uçuş aparatları Polşanın Sənaye İnkişafı Agentliyinə məxsus şirkət tərəfindən istehsal olunan nasoslarla təchiz edilib.
Mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandıran Polşanın daxili işlər və administrasiya naziri Tomaş Simonyak deyib ki, Poznan Milli Prokurorluğunun yerli idarəsi tərəfindən silah və texnologiyanın ixracı ilə bağlı qanun pozuntuları araşdırılır.
O əlavə edib ki, hökumət "sanksiyalarla bağlı bütün məsələləri gücləndirməyə" çalışır.