hemle

Qurban Qurbanov: "Qeydə alınan hesab bizi aldatmamalıdır"

Tarix:17-07-2024, 10:30
Baxış Sayı:563

Qurban Qurbanov: "Qeydə alınan hesab bizi aldatmamalıdır"
"Qeydə alınan hesab bizi aldatmamalıdır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:

"Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır. İki çox yaxşı komandaya qarşı oynayırdıq. "Əl-Şəbab"ın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan "Fiorentina"nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi".

Qeyd edək ki, "Qarabağ" günün ilk yoxlama görüşündə Xorvatiyanın "Slaven" klubunu 1:0, növbəti matçda isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şabab" kollektivini 5:2 hesabı ilə məğlub edib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ