hemle

Şuşa-Ağdam-Xocavənd seçki dairəsi yeni binaya köçürü

Tarix:10-07-2024, 16:00
Baxış Sayı:678

Şuşa-Ağdam-Xocavənd seçki dairəsi yeni binaya köçürü
"İşğaldan azad edilən ərazilərin altısında yenidənqurma işləri həyata keçirilib. Ərazilərə 1997 ailə (7762 sakin) köçürülüb".

Bu barədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə görülən yenidənqurma işlərinə 20 mindən çox insan cəlb edilib.

Z.Nağdəliyev qeyd edib ki, seçki prosesi ilə bağlı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi yeni binaya köçürülüb:

"Bu, seçicilərin, müşahidəçilərin və digər şəxslərin rahatlığını təmin etmək üçün həyata keçirilib. İlkin mərhələdə MSK ilə birlikdə biz məntəqələrdə olmuşuq və onların maddi-texniki təminatları ilə maraqlanmışıq. Komissiyanın yerləşdiyi binalar dayanıqlı internet və fasiləsiz enerji ilə təmin edilməlidir. Biz hər kəsdən xahiş edirik ki, qarşılaşdığınız kiçik problemi də bizə və ya MSK-ya müraciət edərək aradan qaldırılmasına dəstək olasınız".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ