hemle

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi

Tarix:10-07-2024, 10:00
Baxış Sayı:817

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasına başlayıb. Layihə Bakı şəhərində icra ediləcək. Onu da əlavə edim ki itkin düşmüş ailələrinin üzvləri Bakı şəhərində daha çox yaşayırlar.
Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır.
Layihə Ermənistanın azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən göstərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmdən səmərəli istifadə olunması gözlənilir.
BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupu ilə kommunikasiyanın qurulması bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında Bəyannamənin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasında dövlətlərə kömək etməklə qabaqlayıcı rol oynayır.
Hazırlanaraq ğöndərilmiş muraciətlər BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırılacaq. BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna müraciətlər göndəriləcək və müraciət forması ingilis dilində yazılacaq.

Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsinda yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş səxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin fəaliyyəti Ermənistan və Azərbaycan arasında gedən müharibə nəticəsində itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının qorunması, törətdiyi acı mənvi əzab və fiziki zorakılığın fəsadlarını yüngülləşdirmə istiqamətində bir çox humanist tədbirlərə imza atıb. Birliyin sədri Könül xanım Behbudova İkinci Qarabağ müharibəsindən sonra itkin şəhidlərin tapılması və onların öz doğma torpaqlarında dəfn olunması prossesində ən öncül ictimai birlik sədri olaarq hər zaman həssas təbəqənin yanındadır. İtkinlərin tapılması və onların xatirəsinin əbədiləşdirilməısi və təbliğatı istiqamətində “Qarabağ İtkin Ailələri” İctimai Birliyininnin fəaliyyəti əvəzsizdir. Çıxdıqları bu şərəfli yolda, atdıqları hər bir addımda Könül xanıma ugur və sarsılmaz iradə arzu edirik.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ