hemle

Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Tarix:8-07-2024, 14:30
Baxış Sayı:761

Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsi haqqında 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılıb.

Gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.

Xərclərdəkı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1 % artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olacaq.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq