Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin səhiyyə naziri Mövlavi Nur Cəlal Cəlali ilə görüşüb.
Bu barədə RTA məlumat yayıb.
“Görüşdə səhiyyə sahəsində birgə əməkdaşlıq, əczaçılıq sənayesində təcrübə mübadiləsi, Əfqanıstanın səhiyyə işçilərinin potensialının artırılması və bir sıra digər mövzular müzakirə olunub”, – məlumatda bildirilib.