hemle

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: "Belə nəticə əldə edəcəyimizə inanırdıq"

Tarix:25-06-2024, 10:00
Baxış Sayı:689

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: "Belə nəticə əldə edəcəyimizə inanırdıq"
"Yarışdan əvvəl medal sayının çox olacağına inanırdıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov (89 kiloqram) deyib.

O, yarışdakı rəqiblərinin güclü olduğunu bildirib: "Lakin biz də ruhdan düşmədik və özümüzü sübut etməyi bacardıq. Gələcək hədəfim Olimpiya Oyunlarında və dünya çempionatlarında iştirak etməkdir".

Qızlardan ibarət yığmanın üzvü Nuray Əbilova medal sayının çoxluğuna görə xoşbəxt olduğunu söyləyib: "Yarışa çox ciddi hazırlaşırdıq. Azərbaycana yüksək nəticələrlə dönmək istəyirdik. Bunu da bacardıq. İndi daha çox çalışmalıyıq".

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Bu nəticələrə əsasən, Azərbaycan seçməsi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adına isə 742 xalla Gürcüstan sahib çıxıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı