hemle

"Qarabağı geri qaytaran Azərbaycan gürcülər üçün nümunədir" - BİZDƏN NƏ DANIŞIRLAR?

Tarix:25-06-2024, 09:30
Baxış Sayı:810

"Qarabağı geri qaytaran Azərbaycan gürcülər üçün nümunədir" - BİZDƏN NƏ DANIŞIRLAR?
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub. Türkiyənin "Anadolu" agentliyində "Prezident İlham Əliyev: Azərbaycan planetimizin gələcəyi naminə müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir" başlıqlı xəbər dərc olunub.

Məqalədə artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizənin qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasında olduğu, bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadlarının ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi qeyd olunur.

Türkiyənin "Daily Sabah" nəşri "Azərbaycan və Türkiyə energetika, nəqliyyat və iqtisadi sahələrdə qarşılarına yeni hədəflər qoyublar" başlıqlı məqalə dərc edib. Ukraynanın "New Voice" nəşrində dərc olunan "Gürcülərin gözü qarşısında Qarabağı özünə qaytarmış Azərbaycan var" başlıqlı məqalədə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos yazır:

"Gürcülər öz ərazilərini - Abxaziyanı, Cənubi Osetiyanı geri qaytarmaq arzusundadırlar, lakin bunu güc yolu ilə edə bilmirlər. Amma onların gözü qarşısında Qarabağı özünə qaytarmış Azərbaycan var. Onlar görürlər ki, İlham Əliyev şərti desək, Rusiyanın da dəstəyinə arxalanaraq uğurlu siyasət yürüdür, Azərbaycan xalqının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi arzusunu qısa müddətdə həyata keçirdi. Üstəlik, indi İ.Əliyev Avropa, Türkiyə və Rusiya arşında tamamilə effektiv manevrlər edərək, demək olar, müstəqil siyasət yürüdür. Gürcülərdə də "gəlin, biz də belə edək" istəyi yarana bilər"

Ətraflı videoda:[media=]

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ