hemle

Almaniyada daşqın dəmir yollarını iflic etdi

Tarix:4-06-2024, 10:00
Baxış Sayı:678

Almaniyada daşqın dəmir yollarını iflic etdi
"Deutsche Bahn" dəmir yolu operatoru sərnişinləri daşqın səbəbindən Almaniyanın cənubunda qatar səfərlərini təxirə salmağa çağırıb və artıq bir çox reysləri ləğv edib.

Şirkət öz internet səhifəsində verdiyi açıqlamada, fırtınanın vurduğu ziyan nəticəsində Ştutqart və Münhenin böyük şəhərləri arasında uzaq məsafəli qatarların hərəkət etmədiyini bildirib.

"Biz Bavariya və Baden-Vürtemberqin daşqından zərərçəkmiş bölgələrinə səyahət etməməyi tövsiyə edirik", - məlumatda deyilir.

Qeyd edək ki, Bavariyanın Dunay sahilində yerləşən, 150 mindən çox əhalisi olan dördüncü ən böyük şəhəri Regensburqda daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ərazidə Dunay çayının qolu olan Paar çayı üzərindəki bənd artıq üç yerdən qırılıb.

Bu çayın sahilində yerləşən Baar-Ebenhauzen və Mançinq şəhərlərində sakinlər evakuasiya edilirlər.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan