hemle

Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: "Vağzalı" həsrəti bitdi - GÖRÜNTÜLƏR

Tarix:3-06-2024, 15:56
Baxış Sayı:770

Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: "Vağzalı" həsrəti bitdi - GÖRÜNTÜLƏR
Xocalıda atışmaya görə yarımçıq saxlanılan toy mərasimi 32 il sonra yenidən keçirilərək yeni bir filmin hekayəsinə çevrilib.

“Global Media Group”un və “Report” İnformasiya Agentliyinin ərsəyə gətirdikləri film 1992-ci il yanvar ayının 18-də baş tutan, amma ermənilərin atəşə tutduğu üçün yarımçıq dayandırılan Xocalının sonuncu toyuna həsr olunub.

İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, digər qonaqlar, qohumlar və musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.

“Global Media Group”un layihəsi Xocalının sonuncu və işğaldan azad olunandan sonra ilk toyu kimi yaddaşlara həkk olunacaq.

Filmin çəkilişləri davam edir.

"Report" İnformasiya Agentliyi "Global Media Group"un tərkibinə daxildir.
[media=]

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ