hemle

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun iclası keçirilib

Tarix:30-05-2024, 13:30
Baxış Sayı:768

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun iclası keçirilib
Energetika Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

Işçi qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyev müvafiq normativ hüquqi aktlarda mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üzrə 150 kVt güc həddinin 200 kVt-a artırılmasını Komissiyanın və İşçi qrupun fəaliyyətinin nəticələrindən biri kimi qeyd edib.

Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bu ilin əvvəlindən elektrik şəbəkəsinə qoşulma üzrə sadələşdirilmiş prosedurun (2 prosedur 20 gün ərzində) əhatə dairəsinin genişləndirilməsini xüsusi qeyd edərək bildirib ki, bu iqtisadi təşəbbüs biznes mühitinə geniş və sərfəli imkanlar yaradır. Müvafiq sahədə yeni təşəbbüslərin hazırlanması və həyata keçirilməsində “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun əhəmiyyətli rol oynaması vurğulanıb.

“Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov isə sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sadələşdirilməsi, qoşulma müddətinin azaldılması, müvafiq sahədə məlumatlandırma və maarifləndirmə istiqamətində səhmdar cəmiyyət tərəfindən görülən işlər, qarşıda duran prioritetlər haqqında danışıb.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” üzrə görülmüş işlər haqqında məlumat verilib, icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Həmçinin elektrik şəbəkəsinə qoşulma üzrə aparılan iqtisadi islahatlar nəticəsində yaranan əlverişli imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, dəyişiklik nəticəsində mövcud və ya inşa ediləcək tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması proseduru sadələşib, yəni sahibkar (abonent) öz biznes xərclərini və zamanlamanı daha dəqiq və şəffaf şəkildə təyin edə bilir.

“Azərişıq” ASC-nin “Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nın icrasının nəticələri barədə məruzə dinlənilib. Bildirilib ki, “Azərişıq” ASC-yə məxsus azerishiq.az saytı və Elektron hökumət portalı (E-Gov) üzərindən, həmçinin kiçik və orta biznes evləri, “ASAN Kommunal” mərkəzləri və ya “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarın (abonentin) müraciəti əsasında tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarına əsasən 20 gün ərzində icra edilir. Bu zaman elektrik enerjisi şəbəkəsinə qoşulma haqqına görə ödəniş Azərbaycan Respublikasinin Tarif Şurasının 3 may 2024-cü il tarixli 4 №-li Qərarına əsasən müəyyən olunur. Həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq müvafiq sahədə göstərilən xidmətlər üzrə vətəndaş məmnunluğunun artırılması, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, eyni zamanda əlverişli biznes və investisiya mühitinin yaradılması, dünya miqyasında respublikamızın mövqelərini də daha da möhkəmləndirilməsi hədəflənir.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri və “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ