hemle

DSX baş leytenantı: "Azad olunmuş torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülüb"

Tarix:29-05-2024, 09:00
Baxış Sayı:769

DSX baş leytenantı: "Azad olunmuş torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülüb"
"Bir neçə gündür, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti göstərişinə uyğun olaraq, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrim və Qızılhacılı kəndləri Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə və müdafiə olunur".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş leytenant Zamiq Vəliyev deyib.



"Hazırda işğaldan azad olunmuş tarixi torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülərək, qarşıya qoyulmuş tapşırıqlar ən yüksək səviyyədə icra olunur. Vətən sərhədlərinin keşiyində durmaqdan fəxarət hissi keçirən sərhədçilərimiz bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ