Fransa və Ukraynanın hərbi nazirləri Kiyevə Parisin yeni silahlarının tədarükünü müzakirə ediblər.
Bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb.
Məlumata görə, Sebastyen Lekornyu və Ukraynanın müdafiə naziri Rustüm Umerov, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyierri Burkarın Ukraynaya səfəri nəticəsində Kiyevə özüyeriyən artilleriya qurğularının və raketlərin tədarükünü müzakirə ediblər.
"Söhbət “Caesar” özüyeriyən artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri və uzun mənzilli SCALP raketlərindən gedir", - Lekornyu qeyd edib.