hemle

Azərbaycan şahmatçısı: Şarjadakı “Masters” turniri yaxşı təcrübə oldu

Tarix:23-05-2024, 10:45
Baxış Sayı:745

Azərbaycan şahmatçısı: Şarjadakı “Masters” turniri yaxşı təcrübə oldu
Bu turnir mənim üçün yaxşı təcrübə oldu.

Bunu açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən “Masters”də 10-cu olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərən 19 yaşlı qrossmeyster ilk dörd turda yaxşı təsir bağışlamadığını bildirib: "Dördüncü qarşılaşmada yarışın qalibi olan iranlı Bardiya Daneşvara uduzdum. Amma bundan sonra özümə gəldiyimi deyə bilərəm. Növbəti üç görüşdə qələbə qazandım. Son iki dueldə isə 2700 əmsala malik şahmatçılarla heç-heçə etdim. Turnir mənim üçün yaxşı keçdi. Nəticəmi qənaətbəxş hesab etmək olar".

Aydın Süleymanlı iyunun 5-15-i aralığında Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq "UzChess Cup Challengers"də iştirak edəcəyini söyləyib.

O, qarşıdakı hədəfinin 2650 əmsal səddini aşmaq olduğunu vurğulayıb.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu