hemle

Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb

Tarix:21-05-2024, 10:30
Baxış Sayı:659

Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb
Güclü yağış səbəbindən Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, mayın 20-si axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində leysan yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb.

Leysan gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən Üçüncü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.

Kəndin inzibati ərazisinə yağan güclü leysan səbəbindən kənddaxili və kəndin ətrafındakı kiçiktutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəb olub.

Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, 20-dən çox evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.

Leysan yağışı üzündən kənd sakinlərinin xeyli sayda toyuq-cücəsi tələf olub.

Hazırda müvafiq qurumun nümayəndələri ərazidə leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.




Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR