hemle

Baş nazirin müavini: Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq

Tarix:17-05-2024, 11:00
Baxış Sayı:658

Baş nazirin müavini: Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq
Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq.

Bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentinə “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib.

Ballukunun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında” Saziş “bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır və aramızdakı uzaq məsafəyə baxmayaraq, biz güclü körpülər qurmaq üçün bir yol tapırıq və şübhəsiz ki, perspektivli əməkdaşlıq edirik”.

“Azərbaycanın Albaniyada səfirliyinin açılması çoxdan gözlənilən qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur və bu, əməkdaşlığımızı daha da genişləndirəcək və aramızda sürətli və effektiv ünsiyyət körpüsü yaradacaqdır”, – Balluku deyib.

Baş nazirin müavini vurğulayıb ki, “Albaniya buna cavab verərək 2024-cü il ərzində Azərbaycanda öz səfirliyini açacaq”.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı