hemle

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

Tarix:12-05-2024, 11:00
Baxış Sayı:678

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, söhbət zamanı qurumlar arasında münasibətlərin, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib, gələcəyə ümidlə baxıldığı ifadə edilib.

Qeyd olunub ki, son zamanlar AAF tərəfindən aparılan işlər ağırlıqqaldırmanın həm Azərbaycanda, həm də beynəlxalq arenada inkişafına müsbət töhfəsini verməkdədir. AAF-ın vitse-prezidenti Firdovsi Umudov bu idman növünün tərəqqisi istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqinin vacibliyini vurğulayıb, müvafiq addımların atılmasının zəruruliyini bildirib.

AAF rəhbərliyinin dəvəti ilə təşkil olunan səfər zamanı Məhəmməd Caludun Azərbaycanda ağırlıqqaldırma infrastrukturu - ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarının məşq bazaları, orada yaradılan şəraitlə, həmçinin yarış və digər ağırlıqqaldırma məkan və zalları ilə tanışlığı nəzərdə tutulub. Görüşlər zamanı ağırlıqqaldırma idman növündə elmi tərəqqinin tətbiqi, bilavasitə məşqçilərin, texniki rəsmilər və tibb personalının hazırlanması və təcrübələrinin artırılması, yarışların beynəlxalq səviyyədə təşkilinin təşviqi və digər məsələlər danışılacaq.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ