Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıda Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbi və “Polonia” Polşa Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş konsertdə olub.
Bu barədə Polşanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.
“Səfir Rafal Poborski və Konsul Jakub Piasecki “Polonia” Polşa Mədəniyyət Mərkəzi və Bakıdakı 12 nömrəli Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Polşa İcması Günü münasibətilə keçirilən konsertdə iştirak ediblər”, – məlumatda diqqətə çatdırılıb.