hemle

Sabah yağış yağacaq, şimşək çaxacaq

Tarix:11-05-2024, 17:30
Baxış Sayı:639

Sabah yağış yağacaq, şimşək çaxacaq
Mayın 12-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Digər xəbərlər
17:24 İlham Əliyev bu qanunlara dəyişikliyi təsdiqlədi
17:22 Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq
17:20 Bakı-Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir
17:18 Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski
17:15 Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır