hemle

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Tarix:29-04-2024, 17:30
Baxış Sayı:675

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminində atasını döş boşluğundan bıçaqlayıb.

22 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulan Ülviyyə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin psixi pozuntular nəticəsində hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub.

Məhkəmənin qərarına əsasən, Ülviyyə Şükürova Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ