hemle

Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək

Tarix:27-04-2024, 16:30
Baxış Sayı:1

Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək
Xankəndinin Parlament meydanı yaxınlığındakı parkda yeni royal yerləşdirilib.

Şəhərin yenidənqurma, təmir və bərpa işlərini həyata keçirən Bakı Abadlıq Xidməti 33 il sonra doğma yurda qayıdacaq sakinlərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atır. Şəhərin mərkəzi parkına qoyulan elektroroyal məhz açıq havada istifadə etmək üçün hazırlanan, xüsusi proqram təminatına malik alətdir.

“Cadenza” markalı royallar həm elektriklə, həm də günəş enerjisi ilə işləyir. Bu isə əlavə enerji xərclərinin qarşısını almaqla yanaşı, həm də alətlərin istənilən yerə daşınmasına şərait yaradır. Klassik pianodan fərqli olaraq yeni aləti kökləmək də lazım deyil. Elektroroyal rütubətə və ultrabənövşəyi şüalara davamlıdır. Bu o deməkdir ki, il boyu - yağışda da, qarda da, qızmar günəş altında da həmin alətdə musiqi ifa etmək mümkün olacaq.

Xatırladaq ki, dünyanın bir çox meqapolislərində küçələrə royallar qoyulur. İki il əvvəl bu təcrübə Azərbaycanda da sınaqdan keçirilib. Bakı Abadlıq Xidməti paytaxtın Filarmoniya bağına elektroroyal hədiyyə edib. Həmin royal sözügedən bağa xüsusi bir ovqat, xüsusi canlanma gətirdi. Bu gözəl təşəbbüsün davamı Qarabağda baş tutdu.
Şəhərdəki yeni musiqi alətini ilk dilləndirən də Xankəndidə çalışan əməkdaşlardan biri olub. 34 ildən sonra ilk dəfə bu ərazidə öz musiqimiz - “Qarabağ” mahnısı səsləndirilib. Bu, gələcəyə ünvanlanan ən doğru mesajdır - anadır arzulara hər zaman Qarabağ!

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları