hemle

Bu gün yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Tarix:24-04-2024, 10:00
Baxış Sayı:768

Bu gün yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Digər xəbərlər
23:22 Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar