hemle

İlham Əliyevin yeni qələbəsi - ŞƏRH

Tarix:20-04-2024, 15:30
Baxış Sayı:755

İlham Əliyevin yeni qələbəsi - ŞƏRH

Radikal müxalifət Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmək xəbərlərindən bərk əndişəyə düşdü. Müxtəlif bəhanələrlə Azərbaycanın qələbəsinə qara yaxmağa başladılar. Təkcə radikallar yox, adlarını demokratik qoyub, Azərbaycanın qələbələrinə sevinməyən bəzi digər kəslər də.

Amma onlar “sirr” axtarsalar da, növbəti zərbəni də aldılar. Bəli, məlum oldu ki, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünü geri qaytarır.

Belə ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya üzrə səkkizinci görüş keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Göründüyü kimi, dörd qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.

44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra dörd qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir.
Öz fəaliyyətlərinin qarşısına müxtəlif adlar qoymuş qüvvələrin indi içi-içini gəmirir. Onlar indi bağlı olduqları mərkəzlərdən tezislər gözləyirlər.

Ancaq başa düşmək lazımdır ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Yeri gəlmişkən, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsini alqışlayıb.

Bu barədə Dövlət Departamentinin rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə razılıq verməsi xəbərini alqışlayırıq. Bu, dayanıqlı sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”, - deyə bəyanatda bildirilir.

Göründüyü kimi, Qərbin əsas gücü olan ABŞ özü də prosesi alqışlayır. Qalır Fransa, amma onun belə bir müsbət reaksiya verəcəyi gözlənilmir. Bunun Azərbaycan üçün önəmi yoxdur. Azərbaycan növbəti mərhələdə Qazaxın digər üç (Barxudarlı, Sofulu və Yuxarı Əskipara) və Sədərək rayonunun Kərki kəndlərini də geri qaytarmağa nail olacaq.

Aqil Vəlili

Digər xəbərlər
23:22 Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar