hemle

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

Tarix:16-04-2024, 12:01
Baxış Sayı:805

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

“Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu “Sözümüz imzamızdır” verilişində deyib.

Nazir bildirib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir:

“Təxminən hər il biz 60-80 məktəb təhvil veririk. Düşünürəm ki, bu məktəblər uzunmüddətli qaydada həm regionlarda təhsilin keyfiyyətinin artmasına, həm də təhsil sahəsinin yaxşılaşmasına xidmət edəcək.

Bu gün açılışında olduğumuz 624 nəfərlik Bum qəsəbəsi Pərviz Yaqubov adına tam orta məktəb eyni məqsədə xidmət edir. Qəbələ rayonu təhsil keyfiyyəti ilə müsbət mənada fərqlənir”.
Nazir işğaldan azad edilmiş ərazilərdəki universitet və məktəblərdən də söz aşıb:

“Hazırda Xocalı şəhərindəki məktəbin işi tamamlanır, həm Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir. İşlər əhalinin köçürülməsinə görə aparılır. Bilirsiniz ki, Kərkicahan qəsəbəsinə köç planlaşdırılır. Bu mənada biz hazırıq.

Eyni zamanda, Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq. Ümid edirik ki, ən qısa zamanda həmin məktəbin məzunları bizi sevindirəcəklər”.

Digər xəbərlər
21:41 Banklar üçün unikal şans - Faizlər azalacaq?
21:40 Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
21:38 Fələstinli lider Suriyada ƏLƏ KEÇİRİLDİ
21:36 Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ...
18:47 Трампа призвали снять пошлины с этой отрасли
18:46 Будете уничтожены в любой точке мира! - Предупреждение врагам Азербайджана
15:47 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
15:43 Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib