hemle

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Tarix:14-04-2024, 15:30
Baxış Sayı:587

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah İmişlinin 41, Biləsuvarın 11 və Saatlının bir yaşayış məntəqəsində qaz kəsiləcək.

“Report”un məlumatına görə, “İmişli” QPS-i təbii qazla təmin edən, diametri 325 millimetrlik yüksək təzyiqli qaz xətti üzərində yeni qaz ölçü qovşağına aid texnoloji düz sahənin quraşdırılması ilə bağlı Dş300 millimetrlik kürəvi kranın, bir ədəd Dş300 millimetrlik siyirtmənin, iki ədəd Dş150 millimetrliklik kürəvi kranın, bir ədəd Dş200 millimetrlik siyirtmənin və diametri 159 millimetrlik əlaqələndirici xəttin quraşdırılması nəzərdə tutulur.

Bununla bağlı olaraq sabah saat 09:00-dan işlər başa çatanadək, ümumilikdə 28 332 abonenti olan İmişli rayonu tam olaraq (İmişli şəhəri, iki qəsəbə, 39 kənd, eyni zamanda Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 məcburi köçkünlər qəsəbəsi), həmçinin, Saatlı rayonu Məzrəli kəndində (226 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.

Digər xəbərlər
21:41 Banklar üçün unikal şans - Faizlər azalacaq?
21:40 Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
21:38 Fələstinli lider Suriyada ƏLƏ KEÇİRİLDİ
21:36 Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ...
18:47 Трампа призвали снять пошлины с этой отрасли
18:46 Будете уничтожены в любой точке мира! - Предупреждение врагам Азербайджана
15:47 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
15:43 Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib