hemle

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Tarix:3-04-2024, 09:08
Baxış Sayı:585

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qəza 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.

Yol Patrul Xidmətinin əməkdaşının verdiyi məlumata görə, 28 May küçəsi ilə hərəkətdə olan “Toyota” markalı maşının xanım sürücüsü işıqforun qırmızı işığından keçərkən yol ayrıcında olan “Chevrolet” markalı avtomobilə çırpılıb. Daha sonra “Toyota” mağazaya dəyərək dayanıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü və sərnişini ağır xəsarət alaraq salonda sıxılıb qalıblar.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gələrək yaralıları maşından çıxarıblar.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.

Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin edilib.






Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq