Rusiyanın Yaroslavl vilayətində dəmiryol keçidində baş verən qəza nəticəsində səkkiz nəfər həlak olub.
Məlumata görə, müntəzəm avtobus qadağan siqnalına baxmayaraq relslərə çıxıb, nəticədə Arxangelsk-Moskva reysi ilə hərəkət edən sürət qatarı tərəfindən vurulub.
Ölənlər arasında avtobus sürücüsü də var.
Hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb.