hemle

Rada Abbas:"Xocalıdakı dəfn mərasiminin erməni himayədarlarına 2 mesajı, 1 tələbi..."

Tarix:1-04-2024, 20:35
Baxış Sayı:507

Rada Abbas:"Xocalıdakı dəfn mərasiminin erməni himayədarlarına 2 mesajı, 1 tələbi..."

Ötən gün- 31 mart Azərbaycanlıların Soyqırımı Günü bir başqa kədər də yaşadıq. Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirildi.

Adalet.az xəbər verir ki, həmin mərasimdə Qarabağ müharibəsi qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasda iştirak edib. O bizimlə söhbətdə bildirdi ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Xocalıya səfəri təşkil edilməsi sayəsində QHT rəhbərləri də həmin mərasimdə iştirak etdi:" 1992-ci ildə Xocalı faciəsi gecəsi 366 motoatıcı alayın tərkibində Rusiya və Ermənistanın birləşmiş terror dəstələri tərəfindən qətlə yetirilən, qeyri- insani şəkildə toplu məzarlıqlarda dəfn edilən çoxsaylı soydaşlarımızdan 7 nəfərinin dəfn mərasimi çox kədərli şəraitdə həyata keçirildi. Vurgulayım ki, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutdu. Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Sonra 7 nəfərin dəfn mərasimi keçirildi. Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırıldı. Dəfn mərasimində də mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn olunan şəxslər Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il; Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il; Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il; Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935; Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il; İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il; Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü soydaşlarımız idi.

O günün mənəvi ağırlığını heç vaxt unuda bilməyəcəyimə əminəm. Qeyd edim ki, 31 mart 2024 cü il tarixində Xocalı məzarlığında, xocalıların qədim qəbristanlığında şəhidlərimiz ehtiramla dəfn edildi. Dəfnin Xocalıda keçirilməsi Azərbaycanın dünyaya "Biz yurdumuza döndük " mesajıdır. Bundan başqa bu mərasim erməni vəhşiliklərinə göz yumub, onları himayə edən Qərb dövlətlərinə də bir mesaj idı. "Ədalətsizliyə son qoyun!" Və nəhayət bu mərasim həmdə "Xocalıya Ədalət" tələbi idi! Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun . Təki Vətən yaşasın!!!"

Qeyd edək ki, 31 mart günü Xocalıda nəşlərinin qalıqları tapılan 7 xocalılının dəfn mərasimi də erməni cəlladlarının cinayətinin bir təsdiqidir.

Əntiqə Rəşid



Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı