hemle

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

Tarix:30-03-2024, 17:09
Baxış Sayı:458

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları bu gecədən Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Bu barədə sistemin çağrı mərkəzindən məlumat verilib.

“ArCa”nın operatoru bu məsələ ilə bağlı banklarla əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, iki həftə bundan əvvəl “ArCa”nın üzvü olan banklar Rusiyanın “Mir” sisteminə məxsus kartlara xidmət göstərməyi dayandırmaq barədə rəsmi bildiriş alıb. Bununla belə “Mir” kartlarına xidmət göstərən “Bank VTB Armenia” (Rusiyanın “Bank VTB”sinin törəmə müəssisəsi) Ermənistanda Rusiya kartları ilə işləməyə davam edəcək.

Xatırladaq ki, ABŞ “Bank VTB”yə sanksiya tətbiq edib.

Mənbə: Ermənistan KİV

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış