hemle

Manaf Ağayev: “Avtomobilim dərəyə aşdı, dəhşətli vəziyyətdə idi”

Tarix:29-03-2024, 23:08
Baxış Sayı:323

Manaf Ağayev: “Avtomobilim dərəyə aşdı, dəhşətli vəziyyətdə idi”

“Mən 100 kilometr/saatdan yuxarı maşın sürmürəm”.

Bunu Manaf Ağayev “Xəzər axşamı” verilişində yüksək sürətlə avtomobil idarə etməməsinin səbəbindən danışarkən deyib.

Müğənni illər öncə düşdüyü o dəhşətli qəzanı belə xatırlayıb:

“Mən maşın sürə bilmirəm, ümumiyyətlə. Sevmirəm. Qorxmuşam, onun üçün yüksək sürətlə maşın idarə etmək mənlik deyil. Mənim avtmobilim bir dəfə aşıb. Maşın dəhşətli vəziyyətdə idi, yarasız hala düşmüşdü. Mən onun içindən sağ çıxdım.

Bu hadisə 1986-cı ildə olub. VAZ-2106 markalı avtomobil idi, yoldan çıxdı getdi düşdü dərəyə. Maşın arxası üstdə qaldı. Birdənə burnumun kənarında şüşənin cızığı var idi. Durdum ayağa, maşına baxırsan, elə bil konserv qutusu idi”.

Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır