hemle

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

Tarix:28-03-2024, 10:45
Baxış Sayı:406

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

“2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb”.

Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin “Respublika” qəzetində dərc olunan məqaləsində bildirilib.

Əli Nağıyev qeyd edib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.

“Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib”, - deyə DTX rəisi yazıb.

Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır