hemle

Teleaparıcıların efir vaxtı azaldıldı

Tarix:27-03-2024, 10:45
Baxış Sayı:0

Teleaparıcıların efir vaxtı azaldıldı

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.

Bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-:16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb. 

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...