hemle

“Report”un direktoru: “Solovyovun açıqlamaları etnik ədavəti qızışdırmağa yönəlib” - VİDEO

Tarix:26-03-2024, 19:10
Baxış Sayı:376

“Report”un direktoru: “Solovyovun açıqlamaları etnik ədavəti qızışdırmağa yönəlib” - VİDEO

Rusiyalı jurnalist Vladimir Solovyovun Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı açıqlamaları etnik ədavətin qızışdırılmasına və Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına yönəlib.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Solovyovun “Rossiya” telekanalında öz proqramında dedikləri Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir.

“Hamımıza məlum olduğu kimi, Solovyov terror aktından sonra deyib ki, guya onun iştirakçıları arasında azərbaycanlı soyadları eşidib. Amma veriliş yayımlanan zaman bu terror aktının əsas şübhəliləri, icraçıları artıq məlum idi və orada Azərbaycan soyadlı heç kim yox idi. Üstəlik, terror aktının “Crocus City Hall”da, məlum olduğu kimi, azərbaycanlılara məxsus olan məkanda törədilməsini xüsusi vurğulamaq da etnik nifrətin qızışdırılması cəhdinin bariz göstəricisidir”, - o bildirib.

“Report”un direktoru qeyd edib ki, rusiyalı jurnalistin erməni diasporu ilə kifayət qədər sıx əlaqələri var.

“Bu əlaqələrə görə Solovyov nəinki jurnalist peşəsi üçün tələb olunan obyektivlik və qərəzsizlik meyarlarını görməzdən gəlir, eləcə də Rusiyanın dövlət maraqlarına məhəl qoymur. Bu, artıq Rusiya Federasiyasının istintaq orqanlarının Solovyovun fəaliyyətini araşdırması və ona qarşı tədbirlər görməsi üçün əsasdır”, - F.Hüseynəliyev vurğulayıb.

Ətraflı süjetdə:

Digər xəbərlər
20:10 Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşdü
20:06 Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
15:13 Rusiya ordusu bu kəndi də tutdu
15:01 Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır
14:56 Tramp sülh planını işə salır - Tezliklə Putin və Zelenski ilə görüşəcək
14:53 COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
14:48 Almaniyada irqçilik: müsəlmanlara qarşı düşmənçilik artıb
14:45 Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...