hemle

Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır”

Tarix:26-03-2024, 18:57
Baxış Sayı:276

Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır”

“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”.

Caliber.Az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib.

“Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik.

İndi də İrəvandan Voskepara, (Əskipara - red.) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək. Ona görə də Voskeparda hər bir kənd sakini bilməlidir ki, dövlət var, ordu var, dövlət maraqları var və dövlət sərhədi olmalıdır ki, heç bir tərəf onu pozmasın”, - deyə deputat bildirib.

Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır