Şəmkirdə keçmiş həyat yoldaşı və onun valideynlərinə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Report”un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.
Faktla bağlı araşdırma davam etdirilir.
21.03.2024, 23:07
Şəmkirdə bir ailənin üç üzvü bıçaqlanıb.
“Report”un məlumatına görə, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.