hemle

İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ələ keçirib

Tarix:22-03-2024, 00:34
Baxış Sayı:114

İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ələ keçirib

İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı haqqında çoxsaylı kəşfiyyat məlumatlarını əldə edib.

Bu barədə İsrail və ABŞ mənbələrinə istinadən məlumat yayılıb.

Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, notbuklar, telefonlardan əldə etdiyi kəşfiyyat məlumatlarını, həmçinin ABŞ-nin elektron dinləmələri sayəsində əldə edib.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında əvvəlkindən daha çox anlayışa malikdir.

“Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha ətraflı başa düşürlər”, - deyə o qeyd edib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında son dərəcə müfəssəl məlumatlar var.

Mənbə: NBC News

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ