hemle

Bu gündən qadağa qüvvəyə minib: Bakının mərkəzində avtomobilsiz küçələr

Tarix:17-03-2024, 13:35
Baxış Sayı:96


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Hemlemedia.az xəbər verir ki, Xaqani bağı (keçmiş Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir.

Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olurdu. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olurdu.

Bu gündən Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qüvvəyə minib.

Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə həftəsonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Digər xəbərlər
14:14 Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:03 İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
13:43 Ermənistan sərhəddə eskalasiya əlaməti görmür: İrəvanın Zəngəzurla bağlı mövqeyi dəyişib?
10:46 Dünyada neçə ədər Mona Liza var? - Mona Liza haqqında bunları bilirdinizmi?
10:42 Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:35 Azərbaycandan Pakistana SİYASİ DƏSTƏK - Hindistanın hücumları pisləndi
10:33 DİN-dən əhaliyə xəbərdarlıq - Təhlükə var
10:31 Hitlerin intiharından saatlar öncə nələr baş vermişdi? - İlk dəfə açıqlanan sirlər