Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Yenixeber.org-un məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.
Belə ki, Məhəmməd Ömərov və tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.
Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.
15:46
Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.
Hadisə bu gün günorta saatlarında baş verib.
Hadisə nəticəsində xəsarətləri alan gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.