“Nintendo” oyun şirkəti və “Illumination” animasiya studiyası “Super Mario” franşizasında yeni cizgi filmi üzərində işləyir.
Bu barədə Nintendo oyun dizayneri Siqeru Miyamoto sosial şəbəkələrdə açıqlamasında bildirib.
Yeni filmi orijinal “Super Mario qardaşları kinoda” adlı cizgi filmi üzərində işləyən eyni müəlliflər komandası yaradacaq. Xüsusilə, filmin prodüseri Kris Meledandri, rejissorluğu Aaron Horvat və Maykl Yeleniç, ssenarisi isə yenidən Metyu Fogel tərəfindən yazılacaq.
Şərti “Super Mario qardaşları kinoda-2” cizgi filminin yaradılması “Universal Pictures” və “Nintendo” tərəfindən maliyyələşdiriləcək. Cizgi filminin bütün dünyada “Universal Pictures” yayımlayacaq.
Miyamoto verdiyi açıqlamada yeni cizgi filminin süjeti ilə bağlı təfərrüatları paylaşmayıb. Bununla belə, o, “Nintendo”nun “Mario dünyasını” genişləndirmək istədiyini bildirib. Oyun dizaynerinin sözlərinə görə, film haqqında daha çox məlumat onun istehsalının sonrakı mərhələlərində paylaşılacaq.
“Super Mario qardaşları kinoda-2” cizgi filminin premyerasının 3 aprel 2026-cı ildə baş tutacağı planlaşdırılır.