hemle

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Tarix:19-02-2024, 18:00
Baxış Sayı:9


Baş prokuror Kamran Əliyev paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Belə ki, Baş prokuror Kamran Əliyev fevralın 28-də saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi