hemle

63 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildi

Tarix:19-02-2024, 16:30
Baxış Sayı:2


Ötən il Azərbaycanda 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bələdiyyələrin 76 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.

İnzibati nəzarət icraatının nəticələrinin təhlili göstərir ki, torpaq və maliyyə qanunvericiliyinin tələblərinə əməl edilməsi, kollegial idarəetmə, şəffaflıq və hesabatlılığın təmin olunması sahəsində xarakterik, o cümlədən cinayət əlamətləri olan ciddi pozuntulara (təkbaşına qərarlar qəbul edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi, torpaq sahələrinin saxta sənədlər əsasında satılması və ikili protokollaşdırma aparılması) yol verilir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları