hemle

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb

Tarix:19-02-2024, 13:00
Baxış Sayı:6


Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb. Onun növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan “ALKA” (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır. Bu barədə “TRT Haber” kanalı xəbər verir.

Qeyd olunub ki, ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.

İxtisaslaşdırılmış hərbi nəşrlərə görə, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub.

Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. “Alka” fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı