hemle

Azərbaycanın Rusiyadakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada iclasda iştirak ediblər

Tarix:16-02-2024, 17:00
Baxış Sayı:5


Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda iclasın gedişi və aparılmış müzakirələrə dair protokol imzalanıb.

Digər xəbərlər
09:46 "WhatsApp" gələn ay bu 3 cihazdan silinəcək
09:42 Çernobıl faciəsindən 39 il ötür
09:35 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var - YENİLƏNDİ
09:31 İstanbulda dəhşətli zəlzələ olacaq - Seysmoloq tarixi açıqladı
17:24 İlham Əliyev bu qanunlara dəyişikliyi təsdiqlədi
17:22 Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq
17:20 Bakı-Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir
17:18 Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski