hemle

Fermerlər Belçika-Niderland sərhədində bir neçə məntəqəni bağlayıb

Tarix:2-02-2024, 15:01
Baxış Sayı:55

Belçikada etiraz aksiyası keçirən fermerlər ölkə ilə Niderland arasında sərhəd məntəqələrini bağlayıblar.

Bu barədə məlumatı Belçikanın “Le Soir” qəzeti yayıb. 

Məlumata görə, fermerlər əsas olaraq Niderlandın Bergen op Zoom, Breda, Eindhoven şəhərləri ilə Belçikanın nəhəng Antverpen limanını birləşdirən yolları bağlayıblar. 

Etirazçıların aksiyanı davam etdirmək üçün iki ölkə sərhədində bir neçə postda yerləşdiyi bildirilir. 

Bununla yanaşı, aksiya səbəbindən Belçikanın şimal hissəsində əsas avtomobil yollarında hərəkət çətinləşib. 

Qeyd edək ki, son günlər Avropa İttifaqı ölkələrində fermerlərin etirazları artır. Aksiya iştirakçıları ümum-Avropa aqrar siyasətini dəyişməyi, onlara tətbiq edilən çoxsaylı məhdudiyyətləri ləğv etməyi tələb edirlər. Belçikada isə aksiyalara səbəb fermerlərin öz gəlirlərinin azalması və ekoloji normaların sərtləşdirilməsi ilə bağlı narazılıq etməsidir. Fevralın 1-i fermerlər paytaxt Brüsseldə 1300-ə yaxın traktorla Avropa məhəlləsi adlandırılan ərazini bağlayıblar. Onlar aksiya zamanı Avropa parlamentinin binasına yumurta atıblar. Hadisə zamanı 6 nəfər saxlanılıb. 

Digər xəbərlər
09:46 "WhatsApp" gələn ay bu 3 cihazdan silinəcək
09:42 Çernobıl faciəsindən 39 il ötür
09:35 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var - YENİLƏNDİ
09:31 İstanbulda dəhşətli zəlzələ olacaq - Seysmoloq tarixi açıqladı
17:24 İlham Əliyev bu qanunlara dəyişikliyi təsdiqlədi
17:22 Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq
17:20 Bakı-Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir
17:18 Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski