hemle

AŞPA-da Bakıya və Ankaraya qarşı olan türkiyəli deputat...

Tarix:27-01-2024, 10:20
Baxış Sayı:75

AŞPA-da Azərbaycanla bərabər, Türkiyəyə qarşı da qərar qəbul edilib. Hesabatların qəbulunun lehinə səs verənlər arasında Türkiyənin PKK-nı dəstəkləyən Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) millət vəkili Berdan Öztürk də olub.

Bu barədə “Haber Qlobal”ın baş redaktoru Taha Dağlı “Türk düşməni iki hesabatda da DEM imzası” adlı köşə yazısında bəhs edib.

Belə ki, AŞPA-da həm də müvəqqəti təcridxanalarda və həbsxanalarda işgəncə və pis rəftar hallarının artması ilə bağlı hesabat yayımlanıb. Hesabatda Türkiyə PKK-nın lideri Abdullah Öcalana, Azərbaycan isə Qarabağdakı terrorçulara “işgəncə” verilməsində ittiham edilib. Berdan Öztürk isə bu və Azərbaycan əleyhinə olan hesabatın qəbulunun lehinə səs verdikdən sonra çıxışında Türkiyədən AŞPA-ya şikayət edib.

“Türkiyədə sistemli bir işgəncə var, ölkəmdəki işgəncə və pis rəftarın qısa xülasəsini danışmaq istəyirəm”, - deyən Öztürk sonra Öcalana azadlıq istəyib.

Qeyd edək ki, AŞPA Azərbaycanın təşkilatdakı “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək ölkəmizin nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib və ölkəmizə bir il vaxt verib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, qurumda iştirakını qeyri-müəyyən vaxta qədər dondurub.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR