hemle

Bu sürücülər 150 manat CƏRİMƏLƏNƏCƏK

Tarix:17-01-2024, 11:27
Baxış Sayı:62

Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır. 

Sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri halda ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar. 

Sosial şəbəkədə yayılan görüntülərdə daha bir qrup sürücünün əks yola çıxma halları müşahidə olunub. Əks yola çıxan maşınlar faktiki olaraq digər istiqamətdə gedən sürücüyə hərəkət etməkdə çətinlik yaradıblar. 

Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu? Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar: "İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özləri, həm digər sürücülər, həm də piyadaların həyatlarını riskə atmış olurlar. 

Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur. 

Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirirlir".(BAKU)

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR