hemle

İranın evini ballistik raketlə vurduğu iş adamı kimdir?

Tarix:16-01-2024, 14:38
Baxış Sayı:70

SEPAH əməliyyatda konkret olaraq bir ailəni hədəf alıb.

Bu sözləri iranlı ekspert Ərdəban Ruzbeh İraqda kürd əsilli iş adamının öldürülməsi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Peşrev Dizayi ailəsinin öldürüldüyü və 17 nəfərin yaralandığı əməliyyatda təxminən 10 raket zərbəsi həyata keçirilib. Əməliyyat nəticəsində Peşrevin 1 yaşlı qızı Jina Dizayi də həlak olub.

Hücum əməliyyatı zamanı Xürrəmşəhr və Kirmanşah vilayətlərindən və ilk dəfə Təbrizdə yerləşən “Azərşəhr” bazalarından atəş açılıb. “Əl Ərəbiyyə”nin məlumatına əsasən, hadisə ilə bağlı bir iranlı saxlanılıb.

Həmçinin İRNA kürd əsilli iş adamı Peşrev Dizayi haqda məlumat dərc edib. Məlumatda bildirilb ki, o, “Falkon” mühafizə və təhlükəsizlik və bir neçə neft şirkətinin rəhbəri olsa da, əslində MOSSAD-ın gizli agenti və Ərbildəki ünsürlərinin qorunmasına və onların maddi-texniki təminatına cavabdeh şəxs olub.

İran mediasının iddialarına əsasən, “Falkon” şirkətinin rəsmi qərargahı Misirdə yerləşir. Şirkət avtomobil nömrələri və digər texnologiyalar vasitəsilə hədəfləri və yerləri müəyyən edən digər şirkətlərin şərikidir. Şirkətin bu sahədə ən mühüm tərəfdaşı isə ABŞ Federal Statistika Sistemi ilə əlaqəli işləyən, məlumatların toplanması, təhlili və dərc edilməsi işini görən EIA (Energy Information Administration) agentliyidir.(Axar)

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ