hemle

İmran Xanın yolu bağlandı - Pakistanın başına bu şəxs keçir

Tarix:9-01-2024, 10:44
Baxış Sayı:67

2017-ci ildə Pakistan Ali Məhkəməsi tərəfindən “Panama sənədləri işi” çərçivəsində korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir Nəvaz Şəriflə bağlı ömürlük seçki qadağası ləğv edilib.

Ölkənin Ali Məhkəməsi səs çoxluğu ilə cinayət məsuliyyəti olan şəxslərin seçkilərdə ömürlük iştirakına mane olan qadağanın ləğvini qəbul edib.

Konstitusiyanın bəzi müddəalarına görə məhkum edilmiş siyasətçilərin ömürlük namizədliyini qadağan edən 2018-ci il tarixli qərar Ali Məhkəmə tərəfindən ləğv olunub.

Nəvaz Şərifin partiyası Pakistan Müsəlman Liqası-Nəvazın (PML-N) fevralın 8-də keçiriləcək erkən parlament seçkilərində qalib gəlmək şansı yüksək qiymətləndirilir. Ali Məhkəmənin qərarı da Nəvazın dördüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməsinə yol açıb.

Barəsində açılan cinayət işi çərçivəsində 10 ay həbsdə qalan Nəvaz Şərif 2019-cu ilin noyabrında səhhətində yaranan problemlə əlaqədar azadlığa çıxdıqdan sonra İngiltərəyə getmişdi. Sabiq baş nazir 4 ildən sonra 2023-cü ildə ölkəsinə qayıdıb.

Avqustun 5-dən ona qarşı açılmış korrupsiya işi çərçivəsində həbsdə olan digər keçmiş baş nazir İmran Xan dövlət hədiyyələrini satmaq və əmlakını gizlətmək ittihamlarının da yer aldığı “Toşaxana işi”ndə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Beş illik seçki qadağası olan Xan ömürlük seçki qadağası olmadığı üçün bu qərardan faydalana bilmir və fevralda keçiriləcək seçkilərdə namizəd olmayacaq.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış