hemle

Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL

Tarix:8-12-2023, 16:00
Baxış Sayı:485



Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı dediklərini bundan öncə də bir neçə dəfə təkrarlayıb. Məqsəd məsuliyyəti Azərbaycanın üzərinə atmaqdır. Sanki Azərbaycan əlavə şərt qoyur, problem yaradır. Guya Azərbaycanın bu şərtləri olmasa, sülh müqaviləsi bağlanar.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, o zaman bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər” sözlərini şərh edərkən deyib.

Politoloq Azərbaycanın qalib tərəf kimi şərtlər qoymalı olduğunu diqqətə çatdırıb:

“Niyə Qazaxın və Naxçıvanın kəndlərini unutmalı, yaxud sərhədlərin demarkasiya və delimitasiyasını Ermənistanın tələb etdiyi xəritə əsasında müəyyən etməliyik? Ermənistanın tələbləri nə üçün əsas götürülməlidir? Ermənistan Azərbaycanı ittiham edir, ancaq özü sülh üçün tələsmir. Sülh imzalanmasını onlardan ABŞ tələb edir və bunda da məqsədi var: rus ordusunun Gümrüdən çıxarılması, Ermənistanın sərhədlərinin və ərazilərinin Rusiyanın əlindən alınması və s. Paşinyan bilir ki, sülh müqaviləsi imzalanan kimi Amerika rus hərbçilərinin çıxarılması tələbini qoyacaq. Bu da Rusiyanın çox kəskin reaksiyasına səbəb ola, Ukrayna hadisələri Ermənistanda təkrarlana bilər. Paşinyan bunu bildiyi üçün vaxtı uzadır, bütün günahı da Azərbaycanın üzərinə atmağa cəhd edir”.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu